"Legiya"nın sahibi Dariuş Mioduski Avropa Liqasının C qrupunun "Spartak"la görüşündəki məğlubiyyəti şərh edib.
Varşava təmsilçisinin sahibi ruslarla görüşün çətin olduğunu bildirib:
"Təbii ki, bizim üçün pis gedişat oldu. Bir qol buraxdıq, son dəqiqələrdə yorulduq. "Spartak"a Avropa Liqasında uğurlar arzu edirəm. Biz isə növbəti mövsüm avrokubokları düşünəcəyik. Qrupda elə oynamağa başlamışdıq ki, sanki “Legiya”nın qrupdakı yeri daha yüksək olmalı idi. "Spartak"la oyun hər şeyi dəyişə bilərdi. Amma bu, futboldu, nəsə edə bilmərik".