"Legiya" futbolçularının Avropa Liqasının qrup mərhələsinin "Spartak"a qarşı keçirdikləri son oyundakı performaslarının qiymətləri bəlli olub.
Polşa mətbuatı Varşava təmsilçisinin oyunçularını çıxışlarına görə dəyərləndirib.
Azərbaycanlı futbolçu Mahir Emreli 3 xalla qiymətləndirilib. Matça əsas heyətdə başlayan forvard 72-ci dəqiqədə Tomaş Pekhartla əvəzlənib.
“Legiya”da ən yüksək xalı müdafiəçi Yuri Ribeyro və qapıçı Artur Boruts alıb. Onların performansı "5" balla qiymətləndirilib.