"Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zaqatala"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə danışıb.
40 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
"Ötən il olduğu kimi, rəqibimiz yenə də "Zaqatala" idi. Ötən ildə də bizə çətin anlar yaşatmışdılar. Bu gün də meydanda bərabər mübarizə izlədik. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Nəticədən razı olsam da, oyundan narazıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bizim üçün çətin qarşılaşma oldu. İstəkli komandaya qarşı mübarizə apardıq. Önəmli olan qələbə qazanmaqdı. Hər səhv bizə baha-başa gələ bilərdi. Bir gün əvvəl məşq də etməmişik. Bunlar futbolçular üçün çətin olub. Artıq "Sabah"la çempionat görüşünə hazırlaşacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Zaqatalaya bir gün əvvəl gəlmişik və uzun yol qət etmişik. "Zaqatala"ya uğurlar arzulayıram. Bu komanda premyer-liqada oynamağa layiqdi. İnanıram ki, bölgələrə futbol həyəcanı yenidən qayıdacaq. Növbəti rəqibimiz "Zirə"di. Onlar çox yaxşı komandadılar. Hazırda formadadılar".