Konfrans Liqasında qrup mərhələsinin son oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Bazel" doğma meydanda "Qarabağ"la qarşılaşıb - 3:0. İsveçrə təmsilçisinin futbolçusu Fabian Frey oyun haqda danışıb:
“Layiqli qələbə qazandıq, nəticədən də razıyıq. “Qarabağ”la matçda qələbəni bir qədəh şərab və pivə ilə qeyd etdik. Ancaq bunu böyük bayram kimi qeyd etməyə ehtiyac yoxdu. Çünki bazar günü ölkə çempionatında “Servett”lə vacib matçımız olacaq. Hamımız bu görüşün məsuliyyətini dərk edirik. Buna görə də “Qarabağ” üzərində zəfəri böyük şənliyə çevirməyəcəyik”.