Konfrans Liqasının qrup mərhələsinin son oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatıına görə, turnirin statistik göstəricilər açıqlanıb. "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Kevin Medina ən çox top qazananların siyahısında yer alıb.
Kapitan Medvedev 51 dəfə top almağa nail olub və ikinci pillədə qərarlaşıb. Medina isə "Kayrat"ın futbolçusu Frank Banyakla birgə 44 dəfə rəqibdən top alaraq 5-6-cı yerləri bölüşdürür.