“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə keçirilən oyunu dəyərləndirib.

Təcrünəli mütəxəssis komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında bu fikirləri səsləndirib:

"Məğlub olsaq da, futbolçularımı təbrik etmək istəyirəm. Qarşıya qoyulan minimum vəzifəni yerinə yetirdik. Qalib gəlməyi çox istəyirdik. Futbolçularıma tapşırıq vermişdim ki, istənilən nəticədə hücumdan geri çəkilməli deyilik. Sona kimi bunu etdik, xeyli sayda qol epizodlarımız oldu. Əlbəttə ki, bəzilərindən istifadə etmək lazım idi. Bir az həyəcanın, heç nədən buraxılan qolun da təsiri oldu. İstənilən halda futbolçularımdan çox razı qaldım. Bu il çox uğurlu oyunlar keçirdilər. Bütün matçlarda eyni istək, sürət, dinamika izlədik, daha çox hücumda olmaq tələbinin qarşılandığının şahidi olduq. Rəqibi də təbrik etmək istəyirəm. Bu gün istədiklərinə çatdılar. Biz isə istəyimizə tam çata bilmədik. Mənim üçün nəticədən çox oyunçuların belə matça köklənməsi önəmli idi. Bunu da yaxşı şəkildə gördüm. Onların hər birini qucaqlayıram”

- Bu cür hakimlikdən bezməmisiz?
- Bezmək deyəndə, qarşıda bizi daha ağır qərarlar gözləyir. Bunların sayı da arta-arta gedir. Niyə belə olduğunu bilmirəm. Ümumiyyətlə, təkcə bizim yox, bəzi oyunları təhlil etmişəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdı ki, bu qərarı versin? Bəlkə yeni turnir olduğu üçün burada VAR və "Goal line" sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Dəfələrlə demişəm ki, insan haqlarını bu dərəcədə yemək olmaz. Yenə də ruhdan düşmürük, “sınmırıq”. Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gələn hadisədi. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik. “Bazel” kimi komandaya qarşı oynamağımıza baxmayaraq, hücum futbolundan əl çəkmədik, rəqibin üzərinə getdik, xeyli sayda qol epizodu yaratdıq. Əlbəttə, çatışmazlıqlarımız da var. Ancaq ruhdan düşmürük, əksinə, səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq.

- Oyunun taleyini, bəlkə də, İbrahima Vaci təkbaşına həll edə bilərdi. Çünki 4-5 yüz faizlik qol imkanı var idi...
- Qol epizodlarına baxanda belə düşünə bilərik. Amma bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. Ola bilər ki, həmin epizodlarda həyəcanlı idi. Amma çox əziyyət çəkdi. Sürəti hesabına həmin epizodlarda öz gücünü göstərdi. Belə matçlarda sırf ona irad bildirsəm, düzgün çıxmaz. İl ərzində, bəlkə də, 3-4 oyunda belə hal yaşanır. Ustalığı daha yaxşı olsaydı, əlbəttə ki, istifadə edə bilərdi. Lakin bütün gücünü meydanda qoydu. Üstəlik, Vaci ilk dəfədi belə turnirə qatılır. Onun haqqında pozitiv düşünək. Vacini qarşıdakı görüşlərdə daha yaxşı görəcəyik.

Son xəbərlər

“Adana Dəmirspor”un prezidenti: “Çıxıb adam kimi oynayacaqlar”

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

İspaniyanın 18 illik seriyası qırıldı

9 ilin ən böyükhesablı qələbəsi

Millimizin Qazaxıstanla görüş üçün iştirak ərizəsi

Ronaldo zədələndi

Mahmud Qurbanov iki legioneri niyə əvəzedicilərə "sürgün edib"? - AÇIQLAMA

"Belə şeylər etsək, böyük komanda qura bilmərik" - Canni De Byazi

"Mançester Yunayted" De Xea ilə müqavilə müddətini uzatdı

Ukrayna Ermənistanı darmadağın etdi

"Qazaxıstanın liderliyi gözlənilməz oldu" - Emin Mahmudov

"De Byazi futbolçularıma hörmətsizlik etdi" - Qazaxıstanın baş məşqçisi

"Azərbaycanın "Qarabağ" kimi güclü klubu var" - Qazaxıstanlı futbolçu

Türklər yığmamızı darmadağın etdi

"Qrup mərhələsini qələbə ilə başa vurmaq istəyirik"

"Oyunun necə keçəcəyini görəcəyik" - Qazaxıstanın futbolçusu

“Qarabağ” UEFA-nın maliyyə sıralamasında irəliləyib

''Qaçmayan futbolçuya görə pul xərcləmərəm''

Bütün xəbərlər