Bu gün Konfrans Liqasının H qrupunda "Qarabağ" "Bazel"in qonağı olacaq.
Ağdam təmsilçisi üçün bu qarşılaşma çox vacibdi. Qurban Qurbanovun komandası qrup mərhələsini lider bitirmək üçün mütləq qələbə qazanmalıdı.
"Köhlən atlar"ın görüş üçün təxmini heyəti bəlli olub. Qurban Qurbanov qapıda Şahruddin Məhəmmədəliyevə güvənəcək. Müdafiənin solunda Toral Bayramov, sağında Abbas Hüseynov yer alacaq. Kevin Medina və Maksim Medvedev əsas müdafiəçilər funksiyasını yerinə yetirəcək. Yarımmüdafiənin dayağında Qara Qarayev çıxış edəcək. Patrik Andrade ilə Filip Ozobiç bu mövqeyinin mərkəzində yer alacaqlar. Abdullah Zubir sol, Kadi Borges isə sağ cinah yarımmüdafiəçisi kimi meydana çıxacaq. "Qarabağ"ın tək qol ümidi isə İbrahima Vaci olacaq.
Qeyd edək ki, görüş saat 00.00-da start götürəcək.
İLKİN SULTANLI