
Vialli tezliklə prezident olacaq?
“Sampdoriya”nın prezidenti Massimo Ferreronun həbs olunduğunu xəbər vermişdik.
İtaliya klubunun prezidenti maliyyə cinayətlərində ittiham olunur. Amma onun qanuna zidd əməlinin klubdakı fəaliyyəti ilə bağlı olmadığı da bildirilir. Söhbət məşhur biznesmenin bir sıra şirkətlərdəki fəaliyyəti zamanı saxtakarlıq və fırıqldaqçılığa yol verməsi ilə bağlı şübhələrdən gedir. Ferrero ilə daha 5 şəxs İtaliyanın Maliyyə Qvardiyası tərəfindən nəzarət altına alınaraq ev həbsinə məhkum olunub.
Yeri gəlmişkən, 70 yaşlı Ferrero artıq 2014-cü ildən tutduğu “Sampdoriya”nın prezidenti vəzifəsini tərk edib. Bu posta komandanın sabiq hücumçusu Canluka Viallinin təyinat ala biləcəyi iddia edilir.
Xatırladaq ki, Vialli genuyalıların şərəfini 1984-92-ci illərdə qoruyub və 1991-ci ildə ölkə çempionu olub.