Belə görünür ki, döyüş dünyası var olduqa Konor Makqreqorla Həbib Nurməhəmmədov arasındakı söz davası, qarşılıqlı atmacalar davam edəcək.
İrlandiyalı döyüşçi növbəti dəfə danışıb və bu dəfə dağıstanlını dahi saymamasının səbəbini izah etməyə çalışıb:
“O, oktaqonda ağlayır və xahiş edirdi ki, KİV-in müəyyənləşdirdiyi reytinqdə adı birinci yazılsın. Yaxşı, o, bir neçə həftə ərzində ən yaxşı döyüşçü oldu. Karyeranı bitirmək artıq bütün reytinqlərdən çıxarılmaq deməkdi. O, karyerasını bitirsə də, az qala ağlayır ki, birinci pillədə qalsın. Bəli, Həbib yaxşı döyüşçüsü, amma dahi deyil. Zərbə vurmağı bacarmır, müəyyən sayda nokaut toplayıb. Heç vaxt çəki dərəcəsini yuxarı qaldırmayıb, bir dəfə çəki atanda az qala öləcəkdi. Dəfələrlə döyüşlərdən imtina edib. Karyerasını erkən bitirib. Bütün bunlar onun yaxşı döyüşçü olduğuna, amma dahi olmadığına dəlalət edir. Bir neçə ay ərzində ən yaxşı olub, vəssalam”.
[sup][/sup]
Xatırladaq ki, 33 yaşlı Nurməhəmmədov MMA çərçivəsində keçirdiyi 29 döyüşün hamısında qələbə qazanandan sonra karyerasını bitirib. Bu qərarı verərkən anasının məsləhəti ilə hərəkət etdiyini deyib.