İspaniyanın Barselona şəhərində “Elllobregat Open” beynəlxalq şahmat turniri keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, İsveçrə sistemi üzrə təşkil olunan yarışda 3 təmsilçimiz iştirak edib. Məhəmməd Muradlı 6,5 xalla 8-ci, Eltac Səfərli 6 xalla 14-cü, Aydın Süleymanlı 5,5 xalla 34-cü yeri tutub.
Qeyd edək ki, Məhəmməd Muradlı qrossmeyster normasını yerinə yetirib. 18 yaşlı şahmatçı bu uğura imza atan 28-ci şahmatçımız olub.