Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini-futbol turnirinin Suraxanı rayon turuna yekun vurulub.
“Football-plus.az” saytının məlumatına görə, rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehler”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” komandaları iştirak edib. İlkin mərhələnin oyunlarından sonra həlledici görüşlər baş tutub.
Finalda “Dəmir Yumruq” “Zəfər”ə qalib gəlib. Üçüncü yeri isə “Laçın” tutub. Beləliklə, Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” təmsil edəcək.
Qeyd edək ki, qaliblər Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.