Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, PSJ evdə "Brügge" ilə qarşılaşıb- 4:1. Lionel Messinin vurduğu qol hücumçu üçün əlamətdar olub. Komandasının 3-cü qoluna imza atan forvard qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını 38-ə çatdırıb.
Qeyd edək ki, Messi bu göstərici ilə hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekordunu yeniləyib.