Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, oyunçu bundan sonra "Bayterek"də forma geyinəcək. Hadinin Uralsk təmsilçisi ilə müqaviləsi 2022-ci ilin mayınadək nəzərdə tutulub.