Konfrans Liqasının qrup mərhələsinin son turunda "Bazel" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, İsveçrə təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq. Komandaya zədəli durumda olan Andrea Padula və Sebastyano Espozitonu kömək edə bilməyəcək.
Qeyd edək ki, dekabrın 9-da baş tutacaq "Bazel" - "Qarabağ" görüşü saat 00.00-da başlayacaq.