Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
"Football-plus.az" saytının məlumatına görə, hücumçu buna "Brügge"yə 4:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etməklə nail olub.
Forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.