Təkcə “Qarabağ”ın yox, “Bazel”in azarkeşləri də cümə axşamı keçiriləcək oyunu həyəcanla gözləyir. Axı bu finala bərabər oyundu. Məhz 1/8 finalda oynamaq istəyən “Bazel”i heç-heçə də qane edirsə, “Qarabağ” qələbəyə hava-su kimi ehtiyac duyur. İsveçrə klubu azarkeşlərini stadiona cəlb etmək üçün müxtəlif yollara əl atır. Məsələn, məhz bu oyunun keçiriləcəyi gündə klub bazasındakı barda əsasən pendirdən hazırlanan xüsusi təam təqdim olunacaq. Yeməyin tərkibinə kartof, çörək və soğan da daxildi. Barda 76 yer var, hər yeməyin qiyməti 26,50 İsveçrə frankıdı, yəni bizim pulla təxminən 48 manat!
“Bazel” bu önəmli oyun ərəfəsində azarkeşləri arasında “Qarabağ”ı və ölkəmizi nə dərəcədə yaxşı tanımaları ilə bağlı viktorina da keçirib. Viktorinanın qaliblərindən Sebastyan Espozito və Matias Palasios klubdan pulsuz bilet qazanıb.