Konfrans Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" səfərdə "Bazel"in qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, “Bazel”in əfsanəvi futbolçusu Aleksander Frey İsveçrə təmsilçisinin oyunları haqda danışıb:
“Səhvlər inkişafın bir hissəsidi. Ancaq “Bazel”in futbolçuları ölkə çempionatının ötən turundakı səhvlərinin təkrarlanmasına yol verə bilməz. Futbolçular üçün avrokubok oyunu hər zaman xüsusidi. Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdu. Rəqibin kimliyindən asılı olmayaraq, bu belədi”.