Konfrans Liqasının qrup mərhələsinin son oyunuda dekabrın 9-da, yerli vaxtla 21.00, Bakı vaxtı ilə saat 00.00-da Bazel şəhərindəki “Sankt Yakob-Park” stadionunda keçiriləcək “Bazel” (İsveçrə) - “Qarabağ” oyununu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: FRAN YOVİÇ.
Baş hakimin köməkçiləri: Hrvoye Radiç, Luka Puşiç.
Dördüncü hakim: İvana Martinçiç.
Qeyd edək ki, oyunu idarə edəcək hakimlər briqadası Xorvatiyadandı.