Premyer-liqanın 13-cü turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Andelkoviç əməliyyat olunacaq.
Bu məlumatı klubun rəsmi saytı yayıb. Müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb. Nemanya gələn həftə Serbiyada əməliyyat olunacaq.
Həkimlərin fikrincə Andelkoviç 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər.