• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA Ramal Hüseynovun cəzalanmasını haqlı sayır - AÇIQLAMA

Aktual / Manşet

7-12-2021, 15:0

AFFA İntizam Komitəsi ötən həftə keçirilən iclasında U-16 liqasının ROFM – “Səbail” oyununun 30-cu dəqiqəsində qonaqların rəsmi şəxsi Ramal Hüseynovun hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyub.

Lakin sonrada veteran futbolçu mediaya açıqlamasında “dənizçilər”lə müqaviləsinin olmadığını açıqlayıb. Bu informasiyanı klubun mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova da təsdiqləyib.

İndi orta sual çıxır? İntizam Komitəsi “Səbail”in üzvü olmayan Ramal Hüseynovu necə cəzalandıra bilər? Sualımızı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:

“Məsələ ilə bağlı İntizam Komitəsinin rəhbərliyi ilə danışdım. Aşağı yaş liqalarında AFFA nümayəndəsi olmur. İntizam Komitəsi qərarları hakimlərin təqdim etdiyi protokola uyğun qəbul edir. Orda da Ramal Hüseynovun adı “Səbail”in üzvü kimi qeyd olunub. Bu səbəbdən də İntizam Komitəsi həmin şəxsə 15 oyunluq stadiona giriş qadağası qoyub. İstənilən halda, Ramal Hüseynov Azərbaycan futbol ailəsinin üzvüdü. Komitə təkcə harasa aidiyyatı olan şəxsləri yox, ölkə futbolu ilə bağlı hər kəsi cəzalandıra bilər”.


Redaksiyamıza daxil olan məlumata görə, Ramal Hüseynov həqiqətən də oyun zamanı özünü “Səbail”in məşqçisi kimi aparıb. Lakin o, məşqçiyə yaraşmayan hərəkətlər edib, hakimlərin ünvanına nalayiq ifadələr səsləndirib. Belə olan halda ortaya sual çıxır? Hüseynovun həmin görüşdə nə işi var idi? “Səbail”i təmsil etmirdisə, nə üçün bu komandanın futbolçularına görə dəridən-qabıqdan çıxırdı? Sualımızı “dənizçilər”in icraçı direktoru Fərəc Əliyevə ünvanladıq:

“Əvvəlcədən deyim ki, Ramal bəyin bizimlə müqaviləsi yoxdu. Amma onunla razılıq əldə etmişik. Bir aya yaxındı “Səbail”in 15 yaşadək futbolçulardan ibarət komandasını çalışdırırdı. Sadəcə, uyğunlaşma prosesi keçməsi üçün ona vaxt vermişdik. Bu sınaq müddət deyil. Ramal Hüseynov Azərbaycan futbolunda uzun illər təmsil olunan veteran futbolçudu. Bu, sadəcə, uyğunlaşma müddət idi. Ola bilərdi ki, sonradan bizimlə çalışmaq istəməsin və ya uşaqlar ondan narazı olsun. Məhz bu səbəbdən müqavilə bağlamamışıq”.


Fərəc bəy Ramal Hüseynovun işinə davam edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavabladı:

“Açığı, hələ ki bu barədə danışmamışıq. Amma sabah (bu gün) onunla görüşüb, danışacağıq. Yekun qərar barədə sizə məlumat verəcəyik”.


İLKİN SULTANLI

Oxunub: 404
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-12-2021, 15:0

"Səbail” bu gün Ramal Hüseynovla bağlı qərar verəcək - AÇIQLAMA

Ölkə futbolu

4-05-2022, 14:0

AFFA millimizin keçmiş oyunçusu ilə bağlı qərarını verdi

Ölkə futbolu / Manşet

8-04-2022, 16:0

AFFA tanınmış məşqçini 2 illik futboldan uzaqlaşdırdı - RƏSMİ

Aktual / Manşet

16-11-2021, 17:0

AFFA İcraiyyə Komitəsi De Byazinin taleyinə nə vaxt aydınlıq gətirəcək? – RƏSMİ AÇIQLAMA

Ölkə futbolu

26-08-2021, 13:0

AFFA-nın İntizam Komitəsinin qərarları

Ölkə futbolu / Manşet

12-04-2022, 18:0

“Hakimlərlə yaşadığı problemlər həqiqətən bizi məyus edir” - AÇIQLAMA

Aktual
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
"Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
Türkiyənin bu klubu almanlara satılacaq?
"Ən yaxşı oyuna ehtiyacımız var" - Ralf Ranqnik
Mahir Emrelinin zədəsinin detalları
Son xəbərlər
  • Bu gün, 16:54
    "Kəpəz-2" məcbur qalıb - AÇIQLAMA
  • Bu gün, 16:33
    Rəhbərlik Azər Mehdiyevin qarşısına hansı hədəfi qoyub?
  • Bu gün, 16:17
    “Barselona”da iki itki
  • Bu gün, 15:55
    Divizion təmsilçisi premyer-liqa klubu ilə yoxlama oyunu keçirəcək
  • Bu gün, 15:35
    Milli komandanın düşərgəsini tərk etdi
  • Bu gün, 15:10
    İki ildən sonra “Kristal Pelas”a qayıtdı
  • Bu gün, 14:56
    Rasad Qasimov “Araz-Naxçıvan”da nə baş verir? - AÇIQLAMA
  • Bu gün, 14:38
    “Elçe” üçün 4-cü baş məşqçi
  • Bu gün, 14:15
    Məşhur futbolçu yaşıl meydanı tərk etdi
  • Bu gün, 13:55
    Zəlzələ unuduldu, maskalar düşdü, süni dostluq bitdi!
  • Bu gün, 13:32
    Mendilibar La Liqaya qayıtdı
  • Bu gün, 13:06
    De Byazi sabah bu vaxtda jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 12:50
    "Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
  • Bu gün, 12:48
    Panama millisinin üzvü premyer-liqa klubunda - RƏSMİ
  • Bu gün, 12:45
    Fərdi Kadıoğlu Van Hooydonkun rekordunu təkrarlaya bilər
  • Bu gün, 12:18
    Premyer-liqa təmsilçisindən təklif gəlsə və şərtlər ən azı Naxçıvandakı kimi olsa... – Adil Şükürov
  • Bu gün, 11:57
    Bu oyunçuya görə ''Qalatasaray''a transfer cəzası verildi!
  • Bu gün, 11:36
    UEFA-dan Elçin Məsiyevə daha bir təyinat
  • Bu gün, 11:12
    ''Kasımpaşa'' məşqçi dəyişdirməkdən yorulmadı
  • Bu gün, 10:55
    Mbappe kapitan oldu, narazılıqlar başladı
  • Bu gün, 10:12
    Azərbaycan Fransaya qarşı - YENİLƏNİR
  • Bu gün, 10:00
    “Fənər”ə lazım olmayan futbolçu necə Almaniya yığmasına dəvət aldı? - TƏHLİL
  • Dünən, 23:30
    Bundesliqadan "Real"a
  • Dünən, 22:51
    Milinkoviç-Saviç İngiltərə nəhənginin hədəfində
  • Dünən, 22:21
    Qavi "Barselona"dan ayrılır?
  • Dünən, 21:52
    Messi Səudiyyə Ərəbistanına gedəcəkmi?
  • Dünən, 21:21
    "Tottenhem"dən Konteyə 17 milyon avro
  • Dünən, 20:51
    Osimxen La Liqa yolunda
  • Dünən, 20:21
    AFFA-nın prezidenti milli komanda ilə görüşüb
  • Dünən, 19:52
    Nəriman Abbasovun rəqibi Bakıda döyüşməyə hazırdı - AÇIQLAMA
  • Dünən, 19:21
    "Başım dəmir kimidi, tez toparlanıram"
  • Dünən, 18:52
    Səhhətinə görə futboldan ayrıldı
  • Dünən, 18:21
    İngiltərə yığmasında 3 itki
  • Dünən, 17:53
    Gimnastika yığmamız Portuqaliyada yarışlara qatılacaq
  • Dünən, 17:32
    “Sevilya”dakı işini tezliklə itirəcək?
Daha çox
Oxunub: 4 545
“Qarabağ”ın üzvü Fransa klubunun hədəfində
Oxunub: 961
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 641
Murad Musayev: "Rəqibə iki sarı vərəqə göstərilmədi"
Oxunub: 484
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 385
"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası
Oxunub: 377
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə