Konfrans Liqasının rəsmi səhifəsi "Qarabağ" haqda paylaşım edib.
"Football-plus.az" saytının məlumatına görə, paylaşımda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu yazılıb.
Bundan əlavə, "köhlən atlar"ın həftəsonu premyer-liqanın 13-cü turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının 8-ci turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.