Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasındakı şahmat üzrə dünya çempionluğu uğrunda görüşdə 8-ci partiya keçirilib.
"Football-plus az" saytının məlumatına görə, Karlsen 46-cı gedişdə qələbəyə nail olub. Bununla da hazırkı dünya çempionu hesabı 5:3-ə çatdırıb.