Edinson Kavani mövsümün sonunda iş yerini dəyişməyi planlaşdırıb.
"Football-plus.az" saytının məlumatına görə, “Mançester Yunayted”in təcrübəli futbolçusu müddəti 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. “The Times” qəzetinin xəbərinə görə, uruqvaylı hücumçu “Barselona”ya keçməyi planlaşdırır. Deyilənə görə, İspaniya klubu mövsümün sonunda azad agent statusu qazanacaq forvardın keçidində maraqlıdı.
Kavani MY-də 2020-ci ilin yayından çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm premyer-liqada yalnız 5 oyunda meydana çıxmaq şansı qazanıb və 1 qol vurub.