Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı hakimini açıqlayıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda qurumun rəsmi saytı xəbər paylaşıb. Nominasiyanın qalibi almaniyalı Feliks Brıx olub.
46 yaşlı hakim 110 xalla həmkarlarını geridə qoyub. Niderlandlı Byorn Kuypers 95 xalla ikinci, italiyalı Daniele Orsato isə 40 xalla üçüncü olub.