“Yuventus” ilə aparıcı oyunçularından biri arasında uzun sürən danışıqlar sona çatıb.
"Football-plus.az" saytının məlumatına görə, Paulo Dibala formasını 2015-ci ildən daşıdığı İtaliya klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər artırmağa razılaşıb. Argentinalı hücumçu yeni anlaşmaya görə ilə 8 milyon avro maaş alacaq. Onun bonus kimi ilə 2 milyon avro qazanmaq imkanı da olacaq.
28 yaşlı Paulonun mövcud müqaviləsinin müddəti 2022-ci ilin iyununa qədər nəzərdə tutulub. Yeni anlaşma onun agentinin İtaliyaya gəlməsindən sonra rəsmiləşəcək. Yeri gəlmişkən, futbolçu bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 14 matçda 7 qol vurub.