Dünən “Oklahoma-Siti”ni 152:79 hesabıyla məğlub edən “Memfis” MBA tarixinə düşdü.
Belə ki, indiyə qədər dünyanın ən nüfuzlu basketbol liqasında heç bir komanda 73 xal fərqi ilə qələbə qazana bilməmişdi. Əvvəlki rekord 68 xal fərqindən ibarət idi və 1991-ci il dekabrın 17-də qeydə alınmışdı. Həmin gün “Klivlend” “Mayami”ni 148:80 hesabıyla məğlub etmişdi. Maraqlıdı ki, “Memfis” “Oklahoma-Siti” ilə oyunun gedişində fərqi hətta 78 xala çatdırmışdı.
Bu arada əfsanəvi basketbolçu, Şöhrət zalının üzvü Şakil О'Nil belə hesab edir ki, “Qolden Steyt”in oyun qurucusu Stefen Karri 2021/22 mövsümündə MVP mükafatına əsas namizəddi: