Premyer-liqanın 13-cü turunda keçiriləcək "Qarabağ" – "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılıb.
Matçın oynanılacağı "Azersun Arena"nın kassalarında satılan biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
Qeyd edək ki, görüş saat 18.15-də başlayacaq.