Patrik Andrade maraqlı açıqlamalarla yadda qalıb.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ"ın futbolçusu Andrade ölkəsinin yerli mətbuatına bunları deyib:
"Artıq 7-ci ildi Milad bayramını doğmalarımla keçirə bilmirəm. Düşünürdüm ki, bu il həsrətə son qoyub, xanımım və qızımı götürüb Kabo-Verdeyə gedər, bayram günlərində anamın, bacı və qardaşlarımın yanında olaram. Lakin yenə qismət olmadı.
Dekabrın 16-da premyer-liqanın 14-cü tur oyunları var. Ardınca ailəmlə Portuqaliyaya yollanacam. Dekabrın 26-da isə millinin düşərgəsində olmalıyam. Bayram günlərində yığmanın sıralarında olacam. Milliyə çağrılmağım bütün planlarımı alt-üst etdi. 7 ildən sonra bayramı anamın yanında keçirmək istəyirdim, yenə alınmadı".