Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.
"Real"ın hücumçusu ilə "Liverpul” yaxından maraqlanır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Yayda PSJ-in forvardı Kilian Mbappenin Madrid klubuna keçməsini nəzərə alan "mersisaydlılar" Benzemanı sıralarına qatmaq niyyətindədi.
Qeyd edək ki, 33 yaşlı hücumçu ilə PSJ də yaxından maraqlanır.