Ötən mövsüm "Neftçi"də icarə əsasında çıxış edən Prins İbarra özünə yeni klub tapıb.
Konqolu forvard karyerasını Hindistanda davam etdirəcək. Hücumçu “Benqaluru” ilə anlaşıb. "Mavilər" futbolçu ilə "1+1" illik saziş imzalayıblar.
Qeyd edək ki, Prins İbarra artıq yeni komandasının heyətində 3 qarşılaşmada meydana çıxıb və 1 dəfə də fərqlənib.