Luçano Spalletti yolverilməz davranışına görə komandasını çətinə salıb.
O, qarşıdakı matçlarda “Napoli”nin oyunçularına göstəriş verə bilməyəcək. Buna onun İtaliya çempionatının “Sassuolo” ilə oyununda (2:2) hakim İvano Petsutto ilə mübahisə etdiyi üçün son dəqiqələrdə texniki zonadan qovulması səbəb olub. A Seriyasının Nizam-İntizam Komitəsi 62 yaşlı mütəxəssisi 2 oyunluq cəzalandırıb.
Bu isə o deməkdi ki, “Napoli”nin baş məşqçisi “Atalanta” (4 dekabr) və “Empoli” (12 dekabr) ilə matçlarda komandaya rəhbərlik edə bilməyəcək.