Premyer-liqanın 13-cü turu çərçivəsində dekabrın 5-i saat 16.00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, kassalar bu gün saat 18.00-dək, sabah 11:00-dan 18.00-dək, oyun günü isə 11.00-dan 16.00-dək işləyəcək.