Maykl Kerrik "Mançester Yunayted"i tərk edib.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb. O, yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq. Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni müvəqqəti icra edən Kerrik "Arsenal" üzərində 3:2 hesablı qələbədən sonra komandadan ayrılıb.
Qeyd edək ki, Kerrik 15 il ildi ki, burda idi. O, 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi fəaliyyət göstərib.