"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera məşqçi olub.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb. Yarımmüdafiəçi atasının prezident olduğu "Lenense"də məşqçiliyə başlayıb.
Qeyd edək ki, karyerasını bu ilin mart ayında bitirən Miçel 2015-20-ci illərdə "Qarabağ"da çıxış edərək, 159 oyunda 30 qol vurub.