Mahir Emreli "Legiya"dan ayrıla bilər.
"Football-plus.az" saytının məlumatına görə, azərbaycanlı futbolçu "Slaviya"nın diqqət mərkəzinə düşüb. Bu barədə yerli mətbuat xəbər yayıb. Çexiya klubunun baş məşqçisi Yindrjix Trpişovski Emrelinin transferində qərarlıdı. Onun hücumçunun oyununu bəyəndiyi deyilir.
Bildirilib ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emreli Polşa çempionu ilə vidalaşacaq.