Futzal üzrə Ukrayna yığmasının Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək yoxlama oyunları üçün heyəti açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, baş məşqçi Aleksandr Kosenko 16 futzalçıya dəvət göndərib.
Azərbaycan və Ukrayna yığmaları arasındakı qarşılaşmalar 18-19 dekabrda baş tutacaq. Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) keçiriləcək və saat 18.00-da başlayacaq.
Qapıçılar: Kirilo Tsıpun, Yuri Savenko, Aleksandr Suxov;
Sahə oyunçuları: Sergey Malışko, Pyotr Şoturma, Mixail Zvariç, Nikolay Belotserkovets, İqor Korsun, Vladimir Razuvanov, Aleksandr Pedyaş, Sergey Jurba, Yaroslav Lebed, Yevgeni Serıy, Daniel Abakşin, Artyom Farenyuk, Vitali Radyeviç.