“Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik Erlinq Holannı komandasında görmək istəyir.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Almaniyalı mütəxəssisin Dortmund “Borussiya”sının 21 yaşlı hücumçusunu İngiltərə klubuna keçməyə razı salmağa çalışdığı bildirilir. Ranqnik gənc futbolçunun 2018-ci ildə “Zaltsburq”a transferində mühüm rol oynayıb. “Bild”in xəbərində onun Erlinqin agenti olan atası Alf-İnqe ilə yaxın münasibətdə olduğu da qeyd edilib.
O da qeyd edilib ki, norveçli hücumçu və klubu MY-yə keçidə razılıq razılıq verəcəyi halda Ranqnik 10 milyon avro bonus qazanacaq. Yeri gəlmişkən, Holann bu mövsüm bundesliqada 7 oyuna 10 qol vurub və 3 məhsuldar ötürmə verib.