AFFA İcraiyyə Komitəsinin üzvləri bu gün keçirilən iclasda Canni de Byazini yığmanın “sükanı arxasında” saxladı.
65 yaşlı italyan mütəxəssis qarşıdakı 10 ayda da ölkənin əsas komandasında söz sahibi olacaq. Bir seçmə, iki il yox, niyə məhz 10 ay? Adərtən, dünyada yığma məşqçiləri ilə minimum bir seçmə mərhələni əhatə edən müddətə anlaşırlar. Ancaq bu sual ətrafında çox baş sındırmağa ehtiyc yoxdu. Görünür, assosiasiya rəhbərliyi cənab De Byaziyə o qədər də inanmır və ona Millətlər Liqasında özünü sübut etmək üçün şans verir.
Bu yerdə onu da qeyd edək ki, adını qeyd etdiyimiz turnir 2022-ci ilin iyununda start götürəcək və sentyabrın sonunda qrup mərhələsi başa çatacaq. Qərardan belə anlaşılır ki, yığma köhnə-yeni çalışdırıcısının rəhbərliyi altında Millətlər Liqasında uğurlu çıxış edəcəyi halda onunla anlaşmanın müddəti artırılacaq, əks halda 2022-ci ilin oktyabrında millidə yeni baş məşqçi olacaq.