Xavyer Masçerano futbolda özü üçün yeni səhifə açmaq üzrədi.
O, bu sahədəki fəaliyyətini məşqçi kimi davam etdirəcək. Futbolçu həyatını 2020-ci ildə “Estudiantes”də başa vuran 37 yaşlı sabiq yarımmüdafiəçi Argentinanın U-20 millisini çalışdıracaq. Bu barədə Argentina mənbələri xəbər yayıb. Masçerano baş məşqçi vəzifəsində Fernando Batistanı əvəz edəcək. Batista isə Venesuela millisinə yenicə təyinat alan Xose Pekermanın köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Masçerano karyerası ərzində “River Pleyt”, “Korintians”, “Vest Hem”, “Liverpul”, “Barselona” və “Hebey Çayna Forçun”da da oynayıb. Onun 2003-18-ci illərdə Argentina yığmasında 147 oyuna 3 qol vurduğunu da xatırladaq.