Roberto Bordin gözlənilən aqibətlə üzləşib: o, Moldova millisinin baş məşqçi vəzifəsindən istefaya göndərilib.
Bu barədə 56 yaşlı mütəxəssis öz “instaqram” səhifəsində paylaşım edib. O, yığmadakı fəaliyyətinin başa çatdığını bildirib. İtaliyalı mütəxəssis Moldova millisini bu ilin fevralından çalışdırırdı. Qeyd edək ki, Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.