Bildiyiniz kimi, bu gün səhər saat 10-da “Boulevard Hotel”də AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilir.
Assosasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov və qurumun digər əməkdaşları erkən saatlardan toplantının keçirildiyi məkanda idi. Saat 09.28-də İK üzvü Zaur Axundovun avtomobili otelin qarşısında dayandı. Bir qədər sonra Elxan Tağızadə gəldi.
Ramin Musayevin gətirən “Range Rover” isə 9.40-da toplantının keçirildiyi ünvanda göründü. 9.50-də AFFA prezidenti Rövnəq Abdullayev gəldi. Onu qapıda qarşılayan Elxan bəy Abdullayevlə ayaqüstü söhbət edəndən sonra hər ikisi içəri keçdi. Çox maraqlıdı ki, AFFA-nın vitse prezidenti Elşad Nəsirov, təhsil nazirinin müavini Firudun Qurbanov və sabiq xarici ilər naziri Elmar Məmmədyarov Rövnəq bəydən sonra “Boulevard Hotel”ə gəldilər.
İclasa ən son qoşulan isə Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov oldu. O düz saat 10-da maşından düşdü.
GÜNAY VƏLİYEVA