Dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-18 dekabrın 7-də və 9-da BƏƏ-nin U-18 komandası ilə qarşılaşacaq.
Qeyd ki, hazırlıq prosesinə 25 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1.Həsənov Sahib - "Keşlə"
2.Feyzullayev Xəyal - "Sumqayıt"
3.Kazımlı Rəvan - "Neftçi"
4.Rüstəmov Emin - "Səbail"
5.Xeyrullayev Fariz - "Neftçi"
6.Ramazanov İbrahim - "Qəbələ"
7.Bagiev Sadiq - "Kuban" (Rusiya)
8.Rəşidov Nuğay - "Qəbələ"
9.Məmmədzadə Hüseyn - "Neftçi"
10.Məmiyev İxtiyar - "Qəbələ"
11.Süleymanlı Ayxan - "Zirə"
12.Abbasov Rüfət - "Neftçi"
13.Quliyev Bahadur - "Neftçi"
14.Axundzadə Nəriman - "Qarabağ"
15.Əliyev Xəyal - "Sabah"
16.Səfərov Qurban - "Keşlə"
17.Şahniyarov Şahin - "Qəbələ"
18. Kələntərov Fərid - "Qəbələ"
19.Əbilov Elcan - "Neftçi"
20.İsmayılov Nicat - "Qarabağ"
21.Ağayev Mahmud - "Zirə"
22.Əliyev Nahid - "Moskovskaya zastava" (Rusiya)
23.Əliyev Məhəmməd - "Səbail"
24.Salyanski Ağadadaş - "Neftçi"
25.Aşurov Şahmar - "Sabah"