"Tottenhem"in yeni baş məşqçisi Antonio Kontenin ilk transfer hədəfi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, italiyalı mütəxəssis "mahmızlar"ın heyətini İvan Perişiçlə gücləndirməyə çalışacaq. Futbolçunun özü də sabiq baş məşqçisi ilə yenidən çaışmağa müsbət yanaşır. Hazırda "İnter"in şərəfini qoruyan oyunçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Tottenhem"lə bərabər xorvatiyalı müdafiəçi ilə keçmiş komandası "Bavariya" da maraqlanır.
Qeyd edək ki, Konte ötən mövsüm "İnter" İtaliya çempionatının qalibi olub.