Milli komandanın baş məşqçisi Canni de Byazinin müqaviləsinin müddəti noyabrın 30-da bitib.
AFFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında məsələ ilə bağlı qərar veriləcək.
Toplantının tarixi açıqlansa da, harda, hansı saatda, onlayn, yoxsa oflayn keçiriləcəyi ilə bağlı məlumat verilməyib. Bunu dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi “Football-plus.az” saytına bunları söylədi:
GÜNAY VƏLİYEVA
İcraiyyə Komitəsinin iclasının detalları açıqlandı – RƏSMİ
“İcraiyyə Komitəsinin iclası dekabrın 2-də, saat 10.00-da, “Boulvard Hotel”də keçiriləcək. İclas oflayn baş tutacaq. Amma media iştirak etməyəcək. Brifinq və mətbuat konfransı da keçirilməyəcək. Qərarlar veriləndən sonra AFFA-nın rəsmi saytında elan olunacaq”.