Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, o, dekabrın 9-da Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək LASK (Avstriya) – HİK (Finlandiya) oyununun hakim-inspektoru olacaq.