"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi "qırmızı şeytanlar"da qalacağı və ya klubunu dəyişəcəyi barədə dəqiq qərar verməyib. Daha əvvəl Poqbanın "Mançester Yunayted" ilə müqaviləni yeniləmək niyyətində olduğu bildirilmişdi. Klub fransalı oyunçuya sözəşmə təklif edib. Lakin hələlik razılaşma mümkün olmayıb.