Eden Azar bu gedişlə ilin sonuna qədər komandasına bir xeyir verə bilməyəcək.
“Real”ın yarımmüdafiəçisi yenidən səhhətində problemlər yaşayır. Belçikalı oyunçu əzələsindən növbəti dəfə zədə alıb. Onun La Liqanın 9-cu turunun sabah keçiriləcək “Atletik”lə matçında oynamayacağı bildirilib.
Eden klubunun bundan əvvəlki üç oyununu da buraxıb. Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm “Real”la bütün turnirlərdə 11 oyuna çıxıb, komandaya xeyri isə yalnız bir qolun ötürməsini verməsi olub...