Fransa çempionatının 15-ci turunun “Sent-Etyen” - PSJ oyununda (1:3) zədələnən Neymar ilkin tibbi müayinədən keçib, nəticə heç də ürəkaçan deyil.
Xatırladaq ki, matçın sonun yaxın rəqib futbolçunun kobud oynaması nətcəsində yerdə qalan PSJ-nin hücumçusuna həkimlər bir neçə dəqiqə yardım göstərmiş və Neymar meydanı xərəkdə tərk etmişdi.
Sol ayaq topuğundan ciddi zədə alan braziliyalı təxminən 6-8 həftə yaşıl meydanlardan kənar qala bilər. Bu, ilkin ehtimaldı. Neymarın vəziyyətinə təkrar müayinədən sonra aydınlıq gələcək. Həkimlər 29 yaşlı futbolçunun zədəsinin bərpası ilə bağlı dəqiq proqnozu cümə axşamı açıqlayacaqlar.