Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Football-plus.az" saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Xallarını 2 765-ə çatdıran Şəhriyar Məmmədyarov 2 pilləlik irəliləyişlə 9-cu sıraya yüksəlib. 2 753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-ci sırada qərarlaşıb.