Premyer-liqanın noyabrın 7-nə təsadüf edən 10-cu turunda “Sumayıt” “Kapital Bank Arena”da “Qarabağ”ı qəbul edirdi.
Matça maraq böyük olduğundan “kimyaçılar”ın rəhbərliyi ilk dəfə yeniliyə imza ataraq çempionat oyununa bilet satışı təşkil etməklə yadda qaldı. 11-ci turu səfərdə keçirən komanda 12-ci oyun həftəsində “doğma divarlar” arasında “Zirə”ni qonaq etsə də, nədənsə, rəsmilər bu görüşə bilet satışı təşkil etməyi lazım bilməmişdilər. Ağdam təmsilçisi ilə matç göstərdi ki, sumqayıtlılar doğma komandalarının oyununu izləmək üçün müəyyən məbləğlərindən keçməyə hazırdılar. Belədisə, nəyə görə bazar günü baş tutan görüşə giriş azad idi?
Bunun səbəbini bilmək üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq: